Ukrayna 500 min mərmidən məhrum ola bilər

Dünya

25.03.2025 13:46

1542

Çexiyada hakimiyyət dəyişikliyi baş verərsə, 2025-ci ildə Ukraynaya verilməsi nəzərdə tutulan təxminən 500 min ədəd 155 mm çaplı artilleriya mərmisinin tədarükü təhlükə altına düşə bilər.

TodayPress xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala “Financial Times”a müsahibəsində bildirib. 

O qeyd edib ki, bu ilin oktyabrında keçiriləcək parlament seçkilərində keçmiş Baş nazir Andrey Babişin rəhbərlik etdiyi müxalifət hərəkatı ANO qalib gələrsə, mərmi tədarükləri dayandırıla bilər.

“Babiş Ukraynaya mərmi tədarükünə qarşı çıxır, müdafiə xərclərini artırmaq istəmir və heç bir şərt olmadan sülhdən danışır” deyə Fiala vurğulayıb.

Qeyd edək ki, Andrey Babiş daha əvvəl Ukraynadakı münaqişənin ABŞ prezidenti Donald Trampın iştirakı ilə bu ilin payızına qədər həll oluna biləcəyini açıqlamışdı.

Hazırda Çexiyada keçiriləcək parlament seçkilərində ANO hərəkatının qalib gəlmək şansı yüksək qiymətləndirilir.

Bu səbəbdən Andrey Babiş ölkənin növbəti Baş naziri olmağa əsas namizəd hesab edilir. 

Qiymət Mahir

tag: Ukrayna,Çexiya,Mərmi,Məhrum,Todaypress.az,