Ukrayna 909 hərbçinin cəsədini geri qaytardı
Ukrayna cəbhənin müxtəlif istiqamətlərində həlak olan 909 hərbçinin cəsədini Rusiyadan geri alıb.
TodayPress xəbər verir ki, bu barədə məlumatı Koordinasiya Qərargahı yayıb.
Bildirilib ki, geri qaytarılan cəsədlər Kuraхovo, Pokrovski, Baxmut, Uqledar, Luqansk, Zaporojye, Sumı, Xarkov istiqamətlərindən və Rusiya ərazisindəki morqlardan gətirilib.
Cəsədlərin qaytarılması Koordinasiya Qərargahı, Ukrayna Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı və digər aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində mümkün olub.
Qeyd edək ki, müharibə başladığı gündən Ukrayna ilə Rusiya arasında həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsi davam edir.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Meyit,Mübadilə,Todaypress.az,