Ukrayna-ABŞ danışıqlarında atmosfer "antaqonist"dir
ABŞ-nin Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı saziş üzrə danışıqlar “antaqonist” atmosferdə keçib və irəliləyiş perspektivləri sadəcə illüziyadır.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentlik “antaqonist” tərəfin hansı olduğunu açıqlamır.
"BBC" yazır ki, bir neçə KİV Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçkanın başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri barədə bir müddət əvvəl Ukrayna mənbələrinə istinadən xəbər yayıb.
ABŞ Maliyyə Nazirliyi "Reuters" agentliyinə müzakirələrin “texniki xarakter daşıdığını” təsdiqləyib.
"Danışıqlar mühiti çox antaqonistdir" deyən "Reuters" mənbədən sitat gətirərək, Tramp administrasiyası tərəfindən martın sonunda təqdim edilən yeni saziş layihəsini maksimalist adlandırıb.
Töhfə Səməd
tag: Ukrayna,Amerika,antaqonist,Mineral,Saziş,Todaypress.az,