Ukrayna ABŞ-dən yeni saziş layihəsi aldı

Dünya

01.04.2025 17:19

1835

“Ukrayna martın 28-də ABŞ-dən nadir torpaq metallarına dair yeni saziş mətnini alıb və hazırda sənəd üzərində iş aparılır”.

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Litvanın xarici işlər naziri Kyastusis Budrislə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, Ukrayna tərəfi daha əvvəl razılaşdırılmış çərçivə sazişini imzalamağa hazır idi:

“Xarici İşlər Nazirliyi martın 28-də diplomatik kanallar vasitəsilə ABŞ tərəfindən nadir torpaq metallarına dair yeni saziş mətnini alıb. Bildiyiniz kimi, Ukrayna tərəfi əvvəlki çərçivə sazişini imzalamağa hazır idi. İndi biz yeni inkişaf təklifi və uyğun olaraq yeni sənəd mətnini əldə etmişik”. Sibiqa bildirib ki, Ukrayna bu tip sənədlərin işlənməsi ilə bağlı öz qanunvericiliyinə uyğun olaraq, daxili prosedurlara start verib.

“Amerika tərəfi ilə artıq bu sənəd üzrə məsləhətləşmələrə başlamışıq. Artıq bir məsləhətləşmə raundu baş tutub. Ukrayna bu sənədin hər iki tərəfin – ABŞ və Ukraynanın milli maraqlarına cavab verəcək şəkildə bağlanmasında maraqlıdır” deyə nazir qeyd edib.

Onun sözlərinə görə, sazişin gələcəkdə ABŞ biznesinin Ukraynada möhkəmlənməsini nəzərdə tutması da ölkənin təhlükəsizlik infrastrukturu üçün əlavə töhfə olacaq:

“Amerika biznesinin Ukraynada iştirakının güclənməsi hər zaman önəmlidir. Bu səbəbdən proses davam edəcək və biz qarşılıqlı məqbul saziş mətninə nail olmaq üçün ABŞ ilə işi davam etdirəcəyik”.

Qiymət Mahir

tag: ABŞ,Ukrayna,Saziş,İmzalama,Todaypress.az,