Ukrayna ABŞ ilə faydalı qazıntı müqaviləsinin təfərrüatlarını açıqladı

Dünya

27.03.2025 14:54

1084

“Ukrayna və ABŞ arasında saziş layihəsi neft və qaz da daxil olmaqla bütün mineral ehtiyatlara təsir edəcək”.

TodayPress xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak sənəd layihəsinə istinadən öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Kiyev və Vaşinqton arasında razılaşma həm yeni, həm də artıq işlənməkdə olan bütün mineral ehtiyatlara aiddir.

Bundan başqa, ABŞ ilə müqavilə müddətsiz olacaq və ona dəyişikliklər yalnız Amerika tərəfinin icazəsi ilə mümkündür.

Jeleznyak onu da əlavə edib ki, sənəddə Ukrayna üçün təhlükəsizlik təminatları yoxdur. 

Aysel Mətləb

tag: ABŞ,Ukrayna,Faydalı,Qazıntı,MÜqavilə,Todaypress.az,