Ukrayna ABŞ ilə faydalı qazıntılar üzrə saziş bağladı

Dünya

26.02.2025 20:10

2356

Ukraynanın Baş naziri Denis Şmıqal fevral 26-da Kiyev və Vaşinqtonun faydalı qazıntılar üzrə tərəfdaşlıq sazişini yekunlaşdırdıqlarını açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.  

"ABŞ və Ukrayna hökumətləri arasında iqtisadi əməkdaşlığımızla bağlı saziş üzərində 2 həftəlik intensiv işdən sonra biz mahiyyətcə son variantı hazırlamışıq" deyə Şmıqal bildirib. 

Nazir qeyd edib ki, rəsmi olaraq "Ukraynanın Yenidənqurulması üçün İnvestisiya Fondunun Qayda və Şərtlərinin yaradılması haqqında Saziş" adlanan sənəd təhlükəsizlik zəmanətləri ilə birbaşa bağlıdır.  

Müqaviləyə əsasən, Ukrayna və ABŞ Ukraynanın faydalı qazıntıların icarəsi, lisenziyaları və dividendlərindən əldə olunan gəlirlər hesabına maliyyələşən birgə fond yaradacaq. O qeyd edib ki, fond Ukraynanın inkişafına, bərpasına və təhlükəsizliyinə dəstək üçün istifadə olunacaq. 

 “Ukrayna hökuməti tezliklə sazişin yekun mətnini nəzərdən keçirəcək və nazirlərə onu imzalamaq səlahiyyəti verəcək” deyə Şmıqal vurğulayıb. 

Aysel Mətləb

tag: Ukrayna,Baş nazir,Denis Şmıqal,Kiyev ,Vaşinqton,todaypress.az,