Ukrayna ABŞ ilə mineral razılaşmasına düzəlişlər təklif edə bilər

Dünya

28.03.2025 11:10

2401

Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlarla bağlı razılaşma layihəsində Kiyev öz düzəlişlərini təqdim edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirlib ki, hazırda iki tərəf arasında müzakirələr davam edir və yekun layihənin şərtlərində dəyişikliklər ola bilər.

Məlumata görə, Ukrayna bu həftə ABŞ-yə sənədə dair öz düzəlişlərini göndərə bilər.

Hazırda Kiyevin hansı bəndlərə dəyişiklik etməyi planlaşdırdığı açıqlanmır.

Qiymət Mahir

tag: ABŞ,Rusiya,Ukrayna,Mineral,Saziş,Todaypress.az,