Ukrayna ABŞ ilə saziş hazırlamaq üçün vəsait ayırdı

Dünya

09.04.2025 15:05

16

Ukrayna ABŞ ilə qalıq yanacaqlar üzrə sazişin hazırlanması üçün ehtiyat fondundan 113 milyon qrivna (2,7 milyon dollar) ayırıb. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb. 

Bununla yanaşı Maliyyə Nazirliyinə aprelin 15-dək Kiyevin Amerika tərəfi ilə danışıqları üçün məsləhətçilərin cəlb olunması tapşırılıb. 

Məlumata görə, iqtisadiyyat və ədliyyə nazirlikləri üç gün müddətində tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərin siyahısını təsdiq etməlidirlər. 

Qeyd edək ki, Ukrayna nümayəndə heyəti aprelin 11-də Vaşinqtona səfər edəcək.

Görüşün məqsədi ABŞ ilə resurs sazişi üzrə danışıqlar aparmaqdır. 

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Saziş,Vəsait,Todaypress.az,