Ukrayna-ABŞ müzakirələri davam edir

Dünya

31.03.2025 18:18

641

Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı yeni saziş layihəsi üzrə ilk uzunmüddətli danışıqları keçirib. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.   

Bildirilib ki, danışıqlar hüquqşünasların iştirakı ilə keçirilib. 

Vaşinqton tərəfindən təklif olunan faydalı qazıntılarla bağlı saziş layihəsi üzrə ilk ciddi müzakirələr martın 28-də aparılıb. 

Danışıqların növbəti mərhələlərinin olacağı da bildirilib. 

Türkan İsgəndərli

tag: Ukrayna,ABŞ,MÜzakirə,Davam,Todaypress.az,