Ukrayna Almaniyanı münaqişəyə çəkir?

Dünya

18.04.2025 11:19

12

Almaniya Ukraynaya “Taurus” raketləri verərsə, bu, ölkəni Rusiya ilə münaqişənin birbaşa tərəfinə çevirə və ciddi risk yarada bilər. 

TodayPress xəbər verir ki, bu barədə Amerikalı siyasi şərhçi Gilbert Doctorow bildirib. 

Doctorow deyib ki, yeni seçilən kansler Fridrix Merts belə bir addım atarsa, Almaniya qanuni hədəfə çevrilə bilər. 

Ekspert xatırladıb ki, Merts “Taurus” raketləri ilə Krım körpüsünə zərbə endirilməsini də istisna etmir.   

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, əgər Ukrayna “Taurus” raketləri ilə Rusiya ərazisinə hücum edərsə, bu, Almaniyanın münaqişəyə birbaşa müdaxiləsi kimi qiymətləndiriləcək. 

Qeyd edək ki, Böyük Britaniya Merzin bu təşəbbüsünü dəstəklədiyini bəyan edib. 

Türkan İsgəndərli

tag: Ukrayna,Almaniya,Rusiya,Taurus,Raket,Münaqişə,Todaypress.az,