Ukrayna atəşkəs tərəfdarıdır

Dünya

11.03.2025 14:13

706

Ukrayna dənizdə və havada atəşkəsin tərəfdarıdır.   

TodayPress xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, ukraynalılar Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək danışıqlarda ABŞ rəsmilərinin Ukraynanın təklifi ilə bağlı Moskvanın mövqeyi və hər hansısa fikrinin olub-olmadığını soruşacaqlar. 

Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndələri martın 11-də Səudiyyə Ərəbistanında görüşəcək. Vaşinqton danışıqların əsas məqsədini sülh razılaşması və atəşkəs üçün çərçivə yaratmaq kimi qeyd edib. Kiyev Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə etməyə və Ukrayna tərəfi üçün əlverişsiz şərtlərin tətbiqi cəhdlərinə müqavimət göstərməyə hazırlaşır.   

Töhfə Səməd

tag: Ukrayna,Rusiya,Sülh,Münaqişə,Atəşkəs,Todaypress.az,