Ukrayna atəşkəs üçün nəzarət monitorinq qrupu yaradır
Ukrayna hakimiyyəti mümkün atəşkəsə nəzarət etmək üçün monitorinq qrupu yaratmağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqa bildirib.
"Biz artıq mümkün atəşkəsə düzgün nəzarət etmək üçün müvafiq hərəkət alqoritmlərini hazırlayacaq komanda formalaşdırmağa başlamışıq. Bu, son dərəcə mürəkkəb prosesdir" o qeyd edib.
Sıbiqanın sözlərinə görə, bütün proseslər Ukrayna tərəfinin müvafiq komanda, inkişaf, üsullarla, o cümlədən ədalətli və davamlı sülhə nail olmağına yönəldiləcək.
Qeyd edək ki, martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib.
Türkan İsgəndərli
tag: Ukrayna,ABŞ,Atəşkəs,Monitorinq,Todaypress.az,