Ukrayna çətin seçim qarşısında

Dünya

29.03.2025 16:47

2638

Kiyev və Vaşinqton arasında nadir torpaq minerallarına dair razılaşma fonunda Ukrayna çətin seçim qarşısındadır: Rusiyanın müstəmləkəsi olmaq və ya ABŞ-nin iqtisadi diktəsi altına düşmək. 

TodayPress xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.   

Qəzetin köşə yazarı Sem Kilinin fikrincə, Ukraynanın ABŞ ilə yeni razılaşması müstəmləkəçilərin müdafiəsi sayıla bilər.

Kiyevin Rusiyanın, yoxsa ABŞ-nin təsiri altına düşəcəyi isə sual altındadır.   

Xatırladaq ki, martın 23-də Ukraynaya öz ərazisindəki mineral ehtiyatlara dair ABŞ ilə yeni saziş layihəsi göndərilib.

Buna cavab olaraq Ukrayna bəyan edib ki, belə bir “qul müqaviləsi”nin təsdiqlənməsi qəbuledilməz variantdır.

Ukrayna lideri Volodimir Zelenski də Vaşinqtonun təklifini tənqid edərək bildirib ki, ölkə verilən hərbi yardımı borc kimi qəbul etməyəcək. 

Daha sonra ABŞ prezidenti Donald Trampın administrasiyası daha bir saziş layihəsini Ukraynaya təhvil verib.

Sənədə əsasən, Kiyevdən milyardlarla dollar hərbi və maliyyə yardımını qaytarmaq tələb olunacaq və Vaşinqton faktiki olaraq bütün yerli iqtisadiyyata nəzarət etməyə başlayacaq. 

Töhfə Səməd

tag: ABŞ,Rusiya,Ukrayna,Seçim,Todaypress.az,