Ukrayna çinli əsirlərin taleyinə aydınlıq gətirdi

Dünya

16.04.2025 18:56

14

Ukrayna Silahlı Qüvvələrinin əsir götürdüyü Çin vətəndaşlarının taleyi onların təhlükəsizliyi və istəkləri nəzərə alınaraq həll ediləcək. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxı bildirib.   

Onun sözlərinə görə, bu proses beynəlxalq humanitar hüquqa əsaslanır və müxtəlif yollarla – mübadilə, repatriasiya (vətənə qaytarılma) və ya digər mexanizmlərlə həyata keçirilə bilər. 

O əlavə edib ki, Ukrayna əsirlərlə insan hüquqlarına uyğun davranır və digər ölkələrin, o cümlədən Çin və Şimali Koreya vətəndaşlarının da hüquqlarını qoruyur. 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl Ukrayna qüvvələrinin Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürdüyünü açıqlayıb. 

Türkan İsgəndərli

tag: Ukrayna,Çinli,Əsir,Tale,Todaypress.az,