Ukrayna Dövlət Dəmir Yollarına genişmiqyaslı kiberhücum edildi

Dünya

24.03.2025 18:20

3079

Ukrayna Dövlət Dəmir Yollarının onlayn sistemləri martın 24-də genişmiqyaslı hədəfli kiberhücumun qurbanı olub. 

TodayPress xəbər verir ki, şirkət bu barədə açıqlama yayıb.

“Bütün sistemlərin bərpası son bir gündə davam edir və hələ də proses yekunlaşmayıb” açıqlamada bildirib.

Kiberhücuma baxmayaraq, qatarların hərəkətinin sabit qaldığını vurğulayan şirkət, bütün reyslərin qrafikə uyğun və gecikmələr olmadan işlədiyini qeyd edib.

Məlumata görə, fasiləsiz xidmət göstərmək üçün ehtiyat sistemlər işə salınıb. Lakin onlayn bilet satışları hələ də aktiv deyil.

tag: Ukrayna,Dəmiryolu,Kiberhücum,Qatar,todaypress.az,