Ukrayna əlavə "Patriot" sistemləri ala bilər

Dünya

04.05.2025 18:15

36

Ukrayna İsrail və Avropa ölkələrindən əlavə "Patriot" hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildirilir ki, hazırda bir sistem təmir olunaraq göndərilməyə hazırlanır. Almaniya və Yunanıstan isə əlavə bir sistemin ötürülməsini müzakirə edir.

ABŞ prezidenti Donald Trampın bu qərara münasibəti hələ dəqiq bilinmir. 

Pentaqon bildirib ki, ABŞ Ukraynaya əvvəllər razılaşdırılan proqramlar çərçivəsində silah göndərməyə davam edir. Həmçinin qeyd olunub ki, bu həftə imzalanan yeni saziş ABŞ-nin Ukraynaya hərbi yardımını artırmağa imkan verəcək.

Türkan İsgəndərli

tag: Ukrayna,ABŞ,Patriot,Hava,todaypress.az,