Ukrayna "F-16"ların yeni partiyasını təhvil aldı

Dünya

20.03.2025 11:20

2040

Ukrayna beynəlxalq tərəfdaşlardan əlavə "F-16" qırıcıları alıb.   

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "YouTube" kanalında yayımlanan videoda məlumat verib. 

“Ukraynaya əlavə F-16-lar gəlib, bu yaxşı xəbərdir” deyə ölkə başçısı bildirib. 

Zelenski ABŞ prezidenti Donald Trampla söhbətindən sonra keçirdiyi brifinqdə "F-16"ların yeni partiyasını aldığını açıqlayıb, lakin o, təyyarənin miqdarını və ya tədarük edən ölkəni açıqlamayıb.

Onun sözlərinə görə, bütün qırıcılar Ukrayna ərazisinə işlək vəziyyətdə gəliblər.

Töhfə Səməd

tag: Ukrayna,Rusiya,F-16,ABŞ,Tramp,Todaypress.az,