Ukrayna Fransaya birgə silah istehsal etməyi təklif etdi
Ukrayna Fransaya Avropada dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlə silah istehsalı müəssisələri qurmağı təklif edib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya aktivlərindən əldə olunan faizlə maliyyələşdirilə biləcək bir neçə layihə təklif edilib.
Ukrayna rəsmi Parisə hava hücumları və raketlərə qarşı müdafiə sistemləri, eləcə də sursat və zirehli texnikaya ciddi ehtiyac olduğunu bildirib.
Nicat Osman
tag: Ukrayna,Fransa,Silah-Sursat,Raket,Todaypress.az,