Ukrayna hərbçiləri Londona dəvət olundu

Dünya

03.05.2025 12:10

13

Böyük Britaniya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini nasist Almaniyası üzərində qələbənin 80 illiyinə həsr olunmuş Londondakı hərbi paradda iştirak etməyə dəvət edib.

TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. 

“Qələbə Günündən 80 il sonra biz müharibə veteranlarını, öz nəslimizin qəhrəmanlarını anacağıq. Ukrayna Silahlı Qüvvələrinin, bu gün azadlıq uğrunda vuruşan ordunun bu tədbirdə təmsil olunması tamamilə yerindədir” Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Parad mayın 5-də tarixində keçiriləcək. Nazirlik qeyd edib ki, Ukraynalı hərbçilərin tədbirdə iştirakı Ukraynaya göstərilən qlobal dəstəyin rəmzidir.

Qiymət Mahir

tag: Böyük Britaniya,Ukrayna,Almaniya,Qələbə Günü,Parad,todaypress.az,