Ukrayna ilə ABŞ arasında resurs sazişi imzalanacaq

Dünya

16.04.2025 11:44

19

"ABŞ və Ukrayna arasında resurs sazişi bu həftə imzalana bilər".   

TodayPress xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib. 

"Biz sazişi imzalamağa çox, çox yaxınıq. Bu, hətta bu həftə baş tuta bilər" deyə bildirib.   

Bununla belə, o qeyd edib ki, Ukrayna tərəfi əks təklif irəli sürüb, ona görə də danışıqlar davam edir. 

Qeyd edək ki, Ukraynanın faydalı qazıntılarına dair sazişin şərtlərini müzakirə etmək üçün Ukrayna və Amerika nümayəndələri arasında texniki danışıqlar aprelin 11-12-də baş tutub.

Daha sonra Ukraynanın Baş naziri Denis Şmıqal məsləhətləşmələrin davam etdiriləcəyini açıqlayıb. 

Töhfə Səməd

tag: Ukrayna,ABŞ,Resurs,Sazişi,Todaypress.az,