Ukrayna Kanadadan 1,7 milyard dollar aldı

Dünya

13.03.2025 19:42

1687

Ukrayna, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə təmin olunan 1,7 milyard ABŞ dolları məbləğində tranşı Kanadadan alıb.

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalı vasitəsilə məlumat verib.

Onun sözlərinə görə, Ukrayna bu tranşı “G7 ERA” proqramı çərçivəsində alıb. Bu vəsaitlər, dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərlə təmin edilib. Şmıqal qeyd edib ki, vəsaitlər dövlət büdcəsinin prioritet ehtiyaclarına yönəldiləcək.

O, həmçinin, bu məbləğin ilk tranş olduğunu və ümumilikdə 5 milyard Kanada dolları ayrıldığını bildirib. Baş nazir əlavə edib ki, bu təşəbbüs çərçivəsində Kiyev 50 milyard dollar ala bilər, bunlardan 20 milyardını Avropa İttifaqı təmin edəcək.

Qeyd edək ki, ötən həftə Şmıqal Qərbin dondurduğu Rusiya aktivlərindən Böyük Britaniyadan təxminən 970 milyon dollar aldıqlarını bildirmişdi. 

Qiymət Mahir

tag: Kanada,Ukrayna,Milyard,Dollar,Todaypress.az,