Ukrayna Kurskda sutka ərzində 190-dan çox hərbçisini itirdi

Dünya

29.03.2025 23:20

2065

Ukrayna ordusu son 24 saat ərzində Kursk vilayətində 190-dan çox hərbçisini itirib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib.

“Gün ərzində Ukraynanın itkiləri 190-dan çox hərbçi, iki piyada döyüş maşını, bir zirehli döyüş maşını, səkkiz maşın, bir artilleriya silahı, üç minaatan, həmçinin altı pilotsuz uçan aparat idarəetmə postu və bir sursat anbarı təşkil edib” məlumatda deyilir.

Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Sumı vilayətinin Veselovka qəsəbəsini də azad etdiyini bildirib.

Hərbçilərin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın Qornal, Quyevo və Oleşnya yaşayış məntəqələri yaxınlığında, həmçinin Basovka, Belovodı, Varaçino, Velikaya Rıbitsa, Veselovka, Vladimirovka, Vodolaqi, Qrunovka, Juravka, Zapselye, Lonyaya Seqça, Kiyanit, Novsaç, kəndləri yaxınlığında da canlı qüvvə və texnikasını vurub.

Aynur TAC

 

tag: Ukrayna, Rusiiya, Kursk, Hərbiçi, Ölüm, todaypress.az,