Ukrayna Lavrova “qırmızı xalça” sərilməsini qınadı

Dünya

05.05.2025 17:40

13

Ukraynanın Braziliyadakı səfiri Andrey Melnik Kiyev və Braziliya arasında diplomatik dialoqun qurulması cəhdlərinin uğursuzluğa düçar olduğunu bildirib.

TodayPress xəbər verir ki, o, bu barədə “RBK-Ukraina”ya müsahibəsində danışıb. 

Melnikin sözlərinə görə, Braziliya Ukrayna xarici işlər naziri Andrey Sibiqanın səfəri ilə bağlı razılaşmanı “sakitcə torpeda edib”, əvəzində isə Rusiya xarici işlər naziri Sergey Lavrovu rəsmi protokolla qarşılayıb:

“Lavrov üçün burada qırmızı xalça sərildi. Prezident Lula onu Alvorada iqamətgahında geniş şəkildə qarşıladı, bu isə Kremlin təbliğatçısına göstərilən xüsusi diqqətin göstəricisidir”  deyə Melnik bildirib.

Diplomat əlavə edib ki, prezidentlər Volodimir Zelenski və Luis İnasio Lula da Silva arasında dialoqun davam etdirilməsi cəhdləri də nəticəsiz qalıb.

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,Sergey Lavrov,todaypress.az,