Ukrayna Moskva Neft Emalı Zavoduna hücum etdi
Martın 11-nə keçən gecə
Ukraynanın PUA-ları, Xüsusi Əməliyyat Qüvvələri (XƏQ), Ukrayna Təhlükəsizlik
Xidməti (UTX) və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) digər
bölmələrlə birlikdə Rusiyanın strateji obyektlərinə zərbələr endirib. Hücumlar
əsasən istehsal gücləri və infrastruktur obyektlərinə yönəlib.
Bu barədə TodayPress
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.
Baş Qərargahın
məlumatına görə, zərbələr əsasən illik 11 milyon ton neft emal etmək gücünə
malik, Moskvanın dizel və benzin tələbatının 40-50 faizini təmin edən Neft
Emalı Zavoduna endirilib.
Bundan əlavə,
Orlov vilayətindəki "Stalnoy Kon" xətti-istehsalat dispetçer
stansiyası ərazisində də partlayışlar qeydə alınıb. Bu stansiya
"Drujba" neft kəmərinin texnoloji proseslərinin idarə olunmasını
təmin edir və Leninqrad vilayətindəki "Ust-Luqa" dəniz limanı
terminalına neft tədarükü prosesində mühüm rol oynayır.
Açıq
mənbələrdən əldə edilən məlumatlara görə, Rusiya Hava Hücumundan Müdafiə
qüvvələrinin fəaliyyəti nəticəsində bir sıra mülki infrastruktur obyektləri
zərər çəkib.
"Ukrayna
Müdafiə Qüvvələri Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı hücumunun
təminatında iştirak edən strateji obyektlər barədə ətraflı məlumata malikdir,
beynəlxalq humanitar hüquq
normalarına riayət edir və mülki əhalinin maksimum təhlükəsizliyini təmin etmək
üçün tədbirlər görür" deyə Baş Qərargahdan bildirilib.
tag: Ukrayna, Rusiya, Müharibə, Hücum, Qərargah, Orlov, todaypress.az,