Ukrayna Mozdoka hücum etdi

Dünya

09.04.2025 10:12

13

Ukrayna PUA-ları Mozdokda (Şimali Osetiya-Alaniya) Rusiya hərbi aerodromuna hücum edib. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 

Şimali Osetiya-Alaniya qubernatoru Sergey Menyaylo gecə saatlarında bölgədə hava təhlükəsi elan edildiyini bildirib.

Region rəhbəri Mozdokda 15 PUA-nın vurulduğunu açıqlayıb. 

“Mozdokda pilotsuz uçan aparatların hücumu dəf edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 15 pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Tələfat və dağıntı yoxdur” deyə Menyaylo qeyd edib.

tag: Ukrayna,Rusiya,Mozdok,PUA ,Hücum,Todaypress.az,