Ukrayna müdafiə nazirinin müavini işdən uzaqlaşdırıldı
Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov işdən çıxarılıb.
TodayPress xəbər verir ki, bu barədə “İnsider.ua” məlumat yayıb.
Bildirilib ki, qərar ölkənin Nazirlər Kabineti tərəfindən verilib.
Klimenkov bu vəzifəyə 2022-ci il oktyabrın 5-də təyin edilib və daha çox silah, hərbi texnika, eləcə də ordu üçün digər zəruri vasitələrin idxalına cavabdeh olub.
tag: Ukrayna ,MN,Dmitri Klimenkov,Nazirlər Kabineti,todaypress.az,