Ukrayna ordusu əcnəbi muzdlular cəlb edə biləcək
“Yeni qərara əsasən, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Ukrayna ordusunda müqavilə əsasında xidmət edə biləcəklər”.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko öz “Telegram” kanalında məlumat yayıb.
O bildirib ki, Nazirlər Kabineti bu məqsədlə xüsusi qərar qəbul edib.
Qərara əsasən, Ukrayna Silahlı Qüvvələrinin (VSU) rekurtinq mərkəzlərinə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ordu sıralarına cəlb olunması, onların ölkəyə gətirilməsi, yerləşdirilməsi və təminatı hüququ verilir.
Qonçarenko əlavə edib ki, xaricdən gətirilən muzdluların saxlanması üçün tələb olunan xərclər dövlət büdcəsindən qarşılanacaq.
Qiymət Mahir
tag: Ukrayna,Vətəndaş,Ordu,Ali rada,todaypress.az,