Ukrayna ordusuna atəşi dayandırmaq əmri verildi

Dünya

19.04.2025 23:10

16

Rusiyanın “Pasxa atəşkəsi” qüvvəyə mindikdən bir neçə dəqiqə sonra Ukrayna ordusuna Rusiya mövqelərinə atəşi dayandırmaq əmri verilib.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti BBC-yə bildirib ki, atəşkəs rejiminin pozulmasına dair foto və video sübutların toplanması, lazım gələrsə, bunun müqabilində atəş açılması barədə göstəriş də verilib.

tag: Rusiya, Ukrayna, Atəşkəs,Atəş, Pasxa, todaypress.az,