Ukrayna planı Kallasın səlahiyyətinə zərbə vurdu

Dünya

21.03.2025 11:50

1339

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın səlahiyyəti Ukraynaya 40 milyard avroluq yardım göstərmək planına görə zərbə alıb.

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilir ki, Kallas öz planını təqdim etməzdən əvvəl Aİ və ona üzv dövlətlərlə məsləhətləşməyib.  

Nəşrin mənbələri Kallasın Baş nazir kimi davranmağa davam etdiyinə diqqət çəkib.

Qeyd edək ki, bundan öncə Kallas 27 Aİ ölkəsinin xarici işlər nazirlərinin Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlmədiklərini bildirib.

Türkan İsgəndərli

tag: Avropa İttifaqı,Ukrayna,Hərbi Dəstək,todaypress.az,Yardım,