Ukrayna qaz tədarükünü 800 milyon kubmetrə qədər artıracaq

Dünya

21.02.2025 19:15

2164

Ukrayna enerji infrastrukturuna ziyan dəyməsi səbəbindən daxili qaz istehsalının 40% azalmasını kompensasiya etmək üçün Avropadan 800 milyon kubmetrədək qaz idxal etməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hücumlara qədər Ukrayna gündəlik təxminən 50 milyon kubmetr qaz istehsal edirdi. Qış aylarında ölkənin qaz tələbatı gündə 110-140 milyon kubmetr arasında dəyişirdi və bu ehtiyac əsasən yeraltı qaz anbarlarındakı ehtiyatlarla qarşılanırdı.

Hazırkı qış mövsümündə Ukrayna qaz idxal etmədən keçinməyi bacarmışdı. Lakin ardıcıl hücumlar nəticəsində daxili istehsal azaldığından, ölkə xaricdən qaz almağa məcbur olur.

Mart ayından sonra Ukraynanın nə qədər qaz idxal edəcəyi dəqiq bilinmir. Bu göstərici daxili istehsalın səviyyəsindən və enerji obyektlərinə hücumların intensivliyindən asılı olacaq.

Qiymət Mahir

tag: Ukrayna ,Enerji,İnfrastruktur,Avropa,todaypress.az,