Ukrayna Rusiya ilə danışıqlar aparmayacaq

Dünya

14.02.2025 16:05

2200

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin Ukraynanın Münhen Təhlükəsizlik Konfransında Rusiya ilə danışıqlar aparmayacağını bəyan edib.

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Ukrayna əvvəlcə Amerika ilə danışmalıdır. Avropa isə uzunmüddətli və real sülh üçün hər hansı ciddi müzakirələrin iştirakçısı olmalıdır" deyə Litvin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya ilə danışıqlar yalnız Qərbin ortaq mövqeyi formalaşdıqdan sonra mümkündür.

Bu açıqlama Ukraynanın Rusiya ilə birbaşa danışıqlar aparmaqdan hələ də imtina etdiyini və müzakirələrin yalnız Qərbin iştirakı ilə mümkün olduğunu göstərib.

Nicat Osman

tag: Ukrayna,Rusiya,Danışıqlar,Qərb,Konfrans,Todaypress.az,