Ukrayna Rusiya ilə görüş iddialarını təkzib etdi

Dünya

13.04.2025 23:05

15

"Rusiya və Ukrayna nümayəndələrinin Türkiyədə görüşmək ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". 

TodayPress xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa deyib.

O, Rusiya və Ukrayna arasında Qara dənizdə təhlükəsizliyə dair danışıqların planlaşdırıldığını təkzib edib. 

Xatırladaq ki, daha əvvəl "CNN Türk" Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən danışıqların Ankarada keçiriləcəyini və əsas mövzunun Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi olacağını iddia edib.

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,Türkiyə,Görüş,todaypress.az,