Ukrayna-Rusiya müharibəsində atəşkəsin mümkün tarixi açıqlandı

Dünya

08.04.2025 17:24

15

Ukrayna ilə Rusiya arasında müharibənin səngiyəcəyi tarixlə bağlı yeni proqnoz irəli sürülüb.   

TodayPress "Strana.ua" nəşrinə istinadən xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Roman Kostenko may ayında tam atəşkəsin başlaya biləcəyini istisna etmir.   

Deputatın sözlərinə görə, hazırda müxtəlif tərəflər mümkün razılaşma yolları üzərində çalışır və yaxın aylarda müəyyən nəticələrin əldə olunması mümkündür: 

“Bir çoxları may ayında hansısa atəşkəs razılaşmasının əldə olunacağını proqnozlaşdırır. Mən də ehtimal edirəm ki, müəyyən bir sülh planı təklif oluna və ya hətta reallaşdırıla bilər” deyə Kostenko bildirib. 

Lakin o, qeyd edib ki, hətta döyüşlərin tam dayandırılması belə münaqişənin sona çatdığı anlamına gəlmir.

Onun fikrincə, bu, sadəcə müvəqqəti bir mərhələ ola bilər və tərəflər arasındakı əsas siyasi və ərazi məsələlər hələ də həllini tapmayıb. 

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də münaqişənin mümkün kompromisləri ilə bağlı fikir bildirmişdi.

O, bildirib ki, Ukrayna 1991-ci il sərhədlərinə qayıtmaq tələbindən imtina etməyəcək. 

Töhfə Səməd

tag: Ukrayna,Rusiya,Münaqişə,Sülh,Tarix,Todaypress.az,