Ukrayna Rusiyadan təzminat istəyir
Ukraynanın Baş naziri Denis Şmıxal Rusiyadan iqtisadi təzminat alınması məqsədilə Qərb ölkələrinə yeni təkliflə çıxış edib.
TodayPress xəbər verir ki, bu barədə Şmıxal "RBC-Ukrayna"ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiya mənşəli mallara xüsusi idxal rüsumunun tətbiqi Ukraynanın bərpası üçün əlavə maliyyə mənbəyi yarada bilər.
Baş nazir qeyd edib ki, belə bir mexanizm Rusiyada "siyasi dəyişikliklər" baş verməmişdən əvvəl də təzminat məsələsini gündəmdə saxlamağa və maliyyə axını təmin etməyə imkan verəcək. O vurğulayıb ki, bu təşəbbüsdən əldə ediləcək gəlir birbaşa olaraq Ukraynanın bərpası fonduna yönləndirilə bilər.
Bundan əlavə, Şmıxal Ukraynanın Qərb ölkələrində dondurulmuş Rusiya dövlət aktivlərinin tam müsadirə olunması mövqeyində israrlı olduğunu bildirib.
Türkan İsgəndərli
tag: Ukrayna,Rusiya,Təzminat,Müharibə,todaypress.az,