Ukrayna Rusiyanı atəşkəsə razı salmaq üçün hərəkətə keçdi
Rusiya Ukrayna ilə müharibədə çox böyük
əks-hücuma hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin
“Haber Global” telekanalının saytında dərc olunan “Ukrayna qan gölünə
çevriləcək. Böyük müharibənin ünvanı Belqorod” sərlövhəli məqalədə yazılıb.
Qeyd olunub ki, Ukrayna qoşunları Rusiyanın Kursk
vilayətindən çıxandan sonra bu dəfə Belqorod vilayətində genişmiqyaslı
əks-hücuma başlayıb: “Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin qarşısını
kəsib. İndi Rusiyanın çox böyük əks-hücuma keçəcəyi gözlənilir”.
Bildirilib ki, Ukraynanın Belqorodda əməliyyatlara
başlamasının məqsədi Rusiyanın yaxın gələcəkdə atəşkəsə razı olmasıdır.
Həmçinin vurğulanıb ki, “Yeni Kursk müharibəsi” kimi
xarakterizə edilən Belqorod döyüşlərində Rusiyanın imkanları Ukraynanınkından
üç dəfə çoxdur.
tag: Rusiya, Ukrayna, Müharibə, Münaqişə, Türkiyə, Kursk, todaypress.az,