Ukrayna Rusiyaya qarşı Avropa ilə birgə tribunal elan edəcək

Dünya

05.05.2025 18:25

11

Kiyev və Avropa Şurası Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı iddia edilən cinayətlər üzrə xüsusi tribunalın yaradılmasının başlanmasına dair saziş imzalayacaqlar.

TodayPress xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, tribunalın yaradılması ilə bağlı sənədin imzalanması mayın 9-da baş tutacaq. İmzalanma yeri kimi Lvov şəhəri seçilib.

Müqaviləni Ukrayna adından ölkə prezidenti Volodimir Zelenski, Avropa tərəfindən isə təşkilatın Baş katibi Alain Berset imzalayacaq.

Parlamentari sənədin təfərrüatlarını açıqlamayıb.

Töhfə Səməd

tag: Kiyev ,Avropa Şurası,Rusiya,Ukrayna,Ali Rada,todaypress.az,