Ukrayna Rusiyaya qarşı sanskiyalar barədə razılığa gəldi

Dünya

17.03.2025 10:25

1461

"Ukrayna sülh sazişi çərçivəsində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına açıqdır".   

TodayPress xəbər verir ki, bunu Ukrayna prezidentinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk deyib. 

O, Kiyevin mövqeyinə səbəb kimi ABŞ prezidenti Donald Trampın münaqişəyə son qoymaq cəhdini göstərib.

Komissar əlavə edib ki, Rusiya ilə əlaqəni kəsən ölkələr yenidən onunla əməkdaşlığa başlaya bilərlər.   

Qeyd edək ki, Tramp Ukraynadakı münaqişənin Üçüncü Dünya müharibəsinin başlamasına səbəb ola biləcəyini ehtimal edir. 

Bu səbəbdən o, regionda sülh yaratmaq istəyir. 

Türkan İsgəndərli

tag: Ukrayna,Rusiya,Sanksiya,Yumşalma,Todaypress.az,