Ukrayna Rusiyaya sanksiya tətbiq etdi

Dünya

18.04.2025 18:40

14

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 51 şirkəti və bir Belarus müəssisəsinə qarşı sanksiya tətbiq edib.   

TodayPress xəbər verir ki, sənəd dövlət başçısının saytında dərc olunub. 

Sanksiyaya məruz qalanlar arasında mebel istehsalı ilə məşğul olan "103 Arsenal" şirkəti, əczaçılıq məhsulları istehsal edən "Altay Ximprom" zavodu, dəzgah istehsalı ilə məşğul olan "Baltic Industrial Company", Elektrostal metallurgiya zavodu və digərləri var.

Belarusun “Svetloqorsk Ximvolokno” şirkəti də sanksiyalara məruz qalıb. 

Zelenski Rusiya Federasiyasının mədəniyyət və idman xadimlərinə qarşı da sanksiya tətbiq edib. 

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,Sanksiya,Tətbiq,Todaypress.az,