Ukrayna səfiri: "Braziliya Ukrayna ilə yaxın olmaq istəmir"
"Braziliya hökuməti Ukrayna ilə münasibətləri genişləndirməyə maraqlı deyil və daha çox Rusiya ilə yaxınlaşır".
TodayPress xəbər verir ki, bunu Ukraynanın Braziliyadakı səfiri Andrey Melnik bildirib.
Onun sözlərinə görə, bu münasibət təkcə hazırkı solçu hakimiyyətə deyil, ümumiyyətlə Braziliyanın siyasi elitasına aiddir.
Melnik qeyd edib ki, Braziliya Ukraynanı nə iqtisadi, nə də siyasi baxımdan prioritet hesab etmir.
Diplomat həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski uzun müddətdir Braziliya lideri Lula da Silvaya məktublar göndərsə də, hələ də cavab almayıb.
Türkan İsgəndərli
tag: Braziliya,Ukrayna,Volodimir Zelenski,Səfir,todaypress.az,