Ukrayna səfiri Vyanadakı konsertə qəzəbləndi
Ukraynanın Avstriyadakı səfiri Vasili Ximinets Vyanada Sovet ordusunun nasizm üzərində qələbəsinə həsr olunan “Qələbə nəğməsi” adlı konserti tənqid edib.
TodayPress xəbər verir ki, Ximinets bu barədə “X” sosial platformasında paylaşım edib.
Diplomat konsertin “demokratiya prinsiplərinə zidd olduğunu” və “hərbi təbliğat xarakteri daşıdığını” bildirib.
Qeyd edək ki, tədbir Vyanada, Sovet əsgərinə ucaldılmış abidə önündə baş tutub.
Qiymət Mahir
tag: Ukrayna, Avstriya,Vyana,Konsert,todaypress.az,