Ukrayna Somali ilə diplomatik əlaqələr qurur
Ukrayna Somali ilə rəsmi diplomatik əlaqələr qurub.
TodayPress xəbər verir ki, bunu xarici işlər naziri Andrey Sibiqa deyib.
Onun sözlərinə görə, Kiyev Afrikada mövcudluğu gücləndirməkdə maraqlıdır. Nazir bildirib ki, bu, Antalya Diplomatik Forumu zamanı baş verib.
Sibiqa Ukraynanın taxıl proqramı çərçivəsində Somaliyə yardım etdiyini və ərzaq təhlükəsizliyini gücləndirməyə davam etməyə hazır olduğunu qeyd edib.
Türkan isgəndərli
tag: Ukrayna,Somali,Diplomatik,Əlaqə,Todaypress.az,