Ukrayna sülhməramlılar üçün məkan fikirləşir
"Ukrayna başqa ölkələrdən sülhməramlıların yerləşdirilməsi ilə bağlı ətraflı müzakirələr mərhələsindədir".
TodayPress xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa müsahibəsində bildirib.
“Biz artıq öz qoşunlarını yerləşdirməyə hazır olan ölkələrin siyahısını gələcək təhlükəsizlik zəmanətləri sisteminin mühüm effektiv elementləri kimi başa düşürük. Ona görə də artıq detalların müzakirəsi mərhələsindəyik”.
Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, hazırda Ukrayna “coğrafiya, kəmiyyət, mandat”ı fəal şəkildə müzakirə edir.
Qeyd edək ki, Ukrayna və Rusiya atəşkəs danışıqları mərhələsindədir.
Türkan İsgəndərli
tag: Ukrayna,Rusiya,Sülhməramlı,Məkan,Todaypress.az,