Ukrayna Trampa inanır
"Ukrayna ABŞ prezidenti Donald Trampla ədalətli və davamlı sülh əldə edə biləcəyinə inanır".
TodayPress xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
O bildirib ki, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında söhbətdən sonra Ukrayna sülh prosesi ilə bağlı aydınlıq gözləyir.
Nazir Kiyevin sülhün əldə olunmasına mane olmadığını vurğulayıb.
Qeyd edək ki, Tramp Ukrayna və Rusiya arasında uzunmüddətli atəşkəsin əldə olunması üçün vasitəçi rolunu oynayır.
Türkan İsgəndərli
tag: Ukrayna,ABŞ,Tramp,Andrey Sibiqa,Todaypress.az,