Ukrayna “Türk axını” stansiyasına yenidən hücum etdi

Dünya

01.03.2025 18:08

2618

Fevralın 28-nə keçən gecə Ukrayna “Türk axını” boru kəməri ilə qaz tədarük edən Krasnodar diyarında “Russkaya” kompressor stansiyasına hücum etməyə cəhd edib.   

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Qay-Kodzor kəndindəki stansiyada üç təyyarə tipli dron buraxılıb.

Onların hamısı normal rejimdə qaz verən stansiyadan təhlükəsiz məsafədə Rusiya hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub.

Töhfə Səməd

tag: Ukrayna,Rusiya,Türk Axını,Qaz,Todaypress.az,