Ukrayna üçün yeni TƏHLÜKƏ
Mayın 2-də səhər saatlarında Qara dənizdə Rusiya donanmasına məxsus çox sayda gəmi qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilir ki, bölgədə 15 Rusiya gəmisi var. Onlardan 5-i "Kalibr" raket daşıyıcısıdır və ümumilikdə 34 raket buraxa bilər.
Məlumata görə, bu vəziyyət Ukrayna üçün atəş təhlükəsi yaradır.
Türkan İsgəndərli
tag: Qara Dəniz,Ukrayna,Rusiya,Kalibr,todaypress.az,