Ukrayna və ABŞ arasında danışıqlarda Zelenski iştirak etməyəcək

Dünya

08.03.2025 23:50

2275

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ilə növbəti danışıqlarda iştirak etməyəcək.

TodayPress xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Zelenskinin sözlərinə görə, o, gələn həftə Səudiyyə Ərəbistanına səfər edəcək və martın 11-də vəliəhd şahzadə ilə görüşəcək. Bundan sonra Ukraynanın diplomatik və hərbi nümayəndələri ABŞ tərəfi ilə danışıqları davam etdirəcəklər.

Vaşinqtonla müzakirələrdə Ukraynanı Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa, Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rustem Umerov təmsil edəcək. Görüşün Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır.

tag: Ukrayna, Zelenski, ABŞ, Danışıq, todaypress.az,