Ukrayna və ABŞ razılaşdı: Əvvəlki yardım nəzərə alınmayacaq
Ukrayna və ABŞ birgə faydalı qazıntıların çıxarılması barədə sazişdə əvvəllər göstərilən ABŞ hərbi yardımının nəzərə alınmayacağı barədə razılığa gəlib.
TodayPress xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Vaşinqtonda ABŞ maliyyə naziri Skott Bessentlə danışıqlardan sonra bildirib.
Şmıqal qeyd edib ki, saziş Ukraynanın Avropa öhdəliklərinə və Konstitusiyasına zidd olmamalıdır və mütləq parlament tərəfindən ratifikasiya edilməlidir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl ABŞ-nin Ukraynaya verdiyi hərbi və iqtisadi yardıma görə kompensasiya tələb etmiş və faydalı qazıntılar üzrə sazişi bu məqsədlə irəli sürmüşdü.
Qiymət Mahir
tag: Ukrayna ,ABŞ ,Denis Şmıqal, Vaşinqton,todaypress.az,