Ukrayna və ABŞ yeraltı sərvətlər üzrə sazişin şərtlərini razılaşdırdı
Ukrayna və ABŞ yeraltı sərvətlər üzrə sazişdə əvvəllər göstərilmiş ABŞ yardımının nəzərə alınmayacağı barədə razılıq əldə edib.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat yayıb.
Şmıqal bildirib ki, ABŞ-nin maliyyə naziri Skott Bessentlə görüşdən sonra razılaşdırılıb ki, sənəddə əvvəlki yardımlar nəzərə alınmayacaq. Hazırda sənəd üzərində iş davam etdirilir.
Qiymət Mahir
tag: Ukrayna,ABŞ,Saziş,Şmıqal,todaypress.az,