Ukrayna və Britaniya XİN başçıları görüşdü

Dünya

05.02.2025 16:55

2459

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

“Bu səfər Britaniyanın qlobal liderliyinin və Ukraynaya olan sarsılmaz dəstəyinin bariz göstəricisidir. Biz Rusiyaya qarşı gələcək sanksiyaları və müdafiə sahəsində əməkdaşlığımızı müzakirə etdik” deyə Sibiqa qeyd edib.

Həmçinin nazir Böyük Britaniyanın Ukraynada sosial, humanitar və enerji layihələri üçün 55 milyon funt-sterlinqlik yardımın vaxtında elan edilməsinə görə təşəkkür edib.

Nicat Osman

tag: Ukrayna,Sibiqa,Böyük Britaniya,Yardım,Todaypress.az,