Ukrayna və Çexiya birgə F-16 pilot hazırlıq məktəbi yaradacaq
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna və Çexiyanın F-16 qırıcı pilotlarının hazırlanması üçün birgə aviasiya məktəbi yaratmağı planlaşdırdıqlarını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə o, Çexiya prezidenti Petr Pavel ilə keçirdiyi mətbuat konfransında bildirib.
Konfrans Zelenskinin ofisi tərəfindən "YouTube"da yayımlanıb.
“Aviasiya koalisiyamız çərçivəsində Çexiya-Ukrayna F-16 məktəbinin yaradılması istiqamətində işlər aparılır” deyə Zelenski qeyd edib.
O bildirib ki, təhlükəsizlik səbəbindən bu məktəbin Ukraynada açılması hələlik mümkün deyil. Hazırda hökumət və hərbi nümayəndələr bu təşəbbüslə bağlı danışıqları davam etdirirlər.
Türkan İsgəndərli
tag: Ukrayna,Çexiya,F-16,Volodimir Zelenski,todaypress.az,